Fransa yığması itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, komandanın hücumçusu Kilian Mbappe 1/4 finalın İngiltərə ilə oyununu buraxa bilər.

Forvardın topuğundakı ağrılara görə komandasının çərşənbə günü keçirilən məşqində iştirak etmədiyi bildirilib. Kilian idman zalında bərpa prosesi keçir. Onun İngiltərə ilə matçda meydana çıxıb-çıxmayacağı məlum deyil. Dekabrın 10-da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq.

Qeyd edək ki, Mbappe mundialda 4 oyuna çıxıb və 5 qol vurub.