Dünya çempionatının 1/8 final mərhələsinin Polşa ilə görüşündə (3:1) dubla imza atan Fransa yığma komandasının hücumçusu Kilian Mbappe vurduğu qolların sayını 250-yə çatdırıb.
Offsideplus.az xəbər verir ki, polşalılarla matç fransız üçün 360-cı oyun olub.
Mbappeyə bu göstəriciyə çatmaq üçün portuqaliyalı hücumçu Kriştiano Ronaldodan (510) 150, PSJ-nin hücumçusu Lionel Messidən (379) 19 oyun az lazım gəlib.
O, dörd oyunda beş qol vurmaqla hazırda Qətərdəki dünya çempionatının bombardiridir.
Xatırladaq ki, Fransa 1/4 finalda İngiltərə ilə qarşılaşacaq.