İngiltərə millisinin üzvü Fil Foden son 24 ildə dünya çempionatının pley-off matçında iki məhsuldar ötürmə verən ən gənc oyunçu olub.

Offsideplus.az xəbər verir ki,  o, Seneqala 3:0 hesabı ilə qalib gədikləri oyunda iki assist edərək bunu bacarıb. 22 yaş 190 günlüyündə bu göstəriciyə imza atan Fodenə qədər ən gənc yaşda bunu bacaran futbolçu Braziliya yığmasının sabiq hücumçusu Ronaldo olub. “Yekədiş” DÇ-1998-in pley-offunda iki məhsuldar ötürmə verəndə 21 yaş 284 günlüyündə olub.

Qeyd edək ki, İngiltərə millisi DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 10-da Fransa ilə qarşılaşacaq.