Braziliya yığmasının zədəli hücumçusu Neymarın son durumu açıqlanıb.
Offsideplus.az UOL-a istinadla xəbər verir ki, ulduz futbolçunun sabahdan məşqlərə qatılacağı iddia olunur.
Onun mundialın 1/8 final mərhələsi matçında ehtiyat oyunçular skamyasında olacağı bildirilir.
Xatırladaq ki, Neymar DÇ-2022-nin qrup mərhələsinin I turunda Serbiya ilə matçda (2:0) zədələnib.