Kriştiano Ronaldo gələcək karyerası barədə açıqlama verib.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçu Pyers Morqana müsahibəsində Portuqaliya millisi bu il Qətərdə keçiriləcək mundialda dünya çempionu olarsa, karyerasını bitirəcəyini söyləyib.
"2-3 il daha oynamaq istərdim. Ən azından 40 yaşıma qədər... Lakin gələcəyin nə vəd etdiyini bilmək olmaz. Portuqaliya DÇ-2022-nin qalibi olsa, futbol karyeramı başa vurardım".
Qeyd edək ki, Kriştianonun "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaq. Onun qış transfer dönəmində komandadan ayrılması gözlənilir.
Xatırladaq ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.