FIFA bu il Qətərdə baş tuatacaq dünya çempionatı üçün bilet satışlarının vaxtını müəyyənləşdirib.

Offsideplus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, satışa martın 23-də start veriləcək və martın 29-na kimi davam edəcək.

Belə ki,azarkeşlər bu mərhələdə üç kateqoriyalı - tək matçlar, konkret komandaların iştirak etdiyi qarşılaşmalar və dörd arenada keçiriləcək matçlar  üçün biletlər ala biləcəklər.

Qeyd edək ki, ​mundial noyabrın 21-dən dekabrın 21-nə qədər davam edəcək.