Qətərlə yoldaşlıq oyununda meydana çıxan portuqaliyalı ulduz Kriştianu Ronaldu milli komandanın heyətində 181-ci oyununu keçirib. 

Offsideplus.az xəbər verir ki, Avropa qitəsində yer alan yığmalar arasında bu, mütləq rekorddur. Ronaldu bu göstərici ilə 180 dəfə yığma səviyyəsində meydana çıxan Serxio Ramosun rekordunu qırıb.