"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən "Olimpiakos"un yarımmüdafiəçisi Yusuf Yazıcı uzun müddət yaşıl meydanlardan uzaq qalacaq.
Offsideplus.az xəbər verir ki, məlumatı sözügedən klubun mətbuat xidməti yayıb.
Yunanıstan çempionatının 9-cu turu çərçivəsində "Asteras"la matçda türkiyəli futbolçunun sol ön çarpaz bağlarının qopduğu bildirilir.
Türkiyəli futbolçunun mövsümü erkən bitirməsi açıqlanıb.
.