Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun yeni klubunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, o, karyerasını Polşanın "Radomyak" komandasında davam etdirəcək.

Tərəflər arasında 2 illik müqavilə imzalanıb. Müdafiəçi daha əvvəl də Polşada forma geyinib. Belə ki, 28 yaşlı futbolçu "LKS Lodz"da çıxış edib, lakin komanda liqanı tərk etdikdən sonra kollektivdən ayrılıb.