Əh bahalı heyətə malik futbol klublarının adları açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Transfermarkt"ın siyahısında ilk yeri "Mançester Siti" tutub. "Şəhərlilər"in ümumi dəyəri 1.38 milyard avrodur.

Növbəti pillədə "Real" qərarlaşıb (1.23 milyard). "3-lüy"ü isə 1.18 milyard avro ilə "Arsenal" tamamlayır.

İlk onluqda isə adıçəkilən klublarla yanaşı, müvafiq olaraq "Çelsi", PSJ, "Bavariya", "Liverpul", "Barselona", "Tottenhem" və "Mançester Yunayted" yer alıb.