Ağırlıqqaldırma "Minsk-2019" II Avropa Oyunlarının proqramına daxil edilməyəcək.
Offsideplus.az xəbər verir ki, bunu Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tamaş Ayan Bakıda təşkil etdiyi mətbuat konfransında bəyan edib. T.Ayan bunu Avropa Olimpiya Komitələrinin lazımi səviyyədə işləməməsi ilə əlaqələndirib.
“2015-ci ildə Bakıda möhtəşəm təşkil olunmuş I Avropa Oyunlarında da ağırlıqqaldırma yox idi. Belarusda da olmayacaq”,- T.Ayan vurğulayıb.
Qeyd edək ki, II Avropa Oyunları 20 - 30 iyun 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək.