Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununa təyinat alıb.
Offsideplus.az "Parapolitika.gr" nəşrinə istinadən xəbər verir ki, ədalət təmsilçisi fevralın 11-də keçiriləcək 22-ci turun PAOK - AEK matçını idarə edəcək.
Ona laynsmenlər Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar. Yerli referi Diamantopulos dördüncü hakim funksiyasını yerinə yetirəcək. Digər FIFA referimiz Elçin Məsiyev isə Reynhard Buxbaumla birlikdə VAR hakimidir.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Hazırda PAOK 50 xalla liderdisə, iki xal az toplayan AEK 2-ci pilləni tutur.