"İnter Mayami" klubu "Qremio"nun hücumçusu Luis Suaresin transferi ilə bağlı razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı forvard MLS klubuna 2024-cü ilin yanvar ayında keçəcək. Çünki həmin vaxt onun hazırkı klubu ilə müqaviləsi başa çatacaq.

Uruqvaylı futbolçunun Lionel Messi, Jordi Alba və Serxio Busketslə eyni komandada oynamaq istədiyi daha əvvəl bildirilmişdi. Onlar əvvəllər "Barselona"da birgə çıxış ediblər.