Braziliya yığmasının sabiq baş məşqçisi Tite özünə yeni iş yeri tapıb. Belə ki, "Flamenqo" klubu mütəxəssisisin xidmətində maraqlıdır.
Offsideplus.az xəbər verir ki, Braziliya təmsilçisi baş məşqçisi Xorxe Sampaoli ilə vidalaşmaq niyyətindədir. Onun postuna bir nömrəli namizəd isə Titedir.
Qeyd edək ki, 62 yaşlı çalışdırıcı DÇ-2022-dən sonra Braziliya millisindəki postundan ayrılıb və hazırda işsizdir.