"Yuventus"un yarımmüdafiəçisi Canluka Frabotta 2023/2024 mövsümünü icarə əsasında "Bari"də keçirəcək.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. "Bari" 24 yaşlı yarımmüdafiəçini birdəfəlik almaq hüququna malik olacaq.
Ötən mövsüm Frabobta “Frozinone”də çıxış edib. O, B Seriyasında 22 oyuna çıxıb və 3 qolun ötürməsini verib.