“Əl-Nəsr”ın portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Ərəb Çempionlar Kubokunun bombardiri kimi “Qızıl buts”u alıb.

Offsideplus.az  xəbər verir ki, Ərəb Çempionları Klublar Kubokunun finalında “Əl-Nəsr” “Əl-Hilal”ı 2:1 hesabı ilə məğlub edib və turnirin qalibi olub. Bu görüşdə Ronaldo dubla imza atıb.

Portuqaliyalı hücumçu ümumilikdə 6 qolla turnirin bombardiri olub. Buna görə də ona "Qızıl buts" verilib.

Qeyd edək ki, Ronaldo üçün bu kubok Səudiyyə Ərəbistanına köçdükdən sonra ilk idi.