"Liverpul" klubunun kapitanı Cordan Henderson da karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

 Offsideplus.az "L'Equipe"yə istinadla xəbər verir ki, 33 yaşlı futbolçu "Əl-İttifaq"la danışıqlar aparır.

Onun yaxın günlərdə sözügedən klubla anlaşacağı gözlənilir.

Qeyd edək ki, təcrübəli mərkəz yarımmüdafiəçisinin "Liverpul"la 2025-ci ilədək müqaviləsi var.