Məşhur braziliyalı hücumçu Roberto Firmino Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun şərtlərini qəbul edib.

Offsideplus.az xəbər verir ki, “Liverpul”dan ayrılandan sonra azad agent olan forvard “Əl-Əhli” klubu ilə 3 illik razılığa gəlib. Onun illik məvacibi barədə məlumat verilməyib. Bəzi mənbələr yazır ki, Roberto Firmino yeni klubunda illik azı 50 milyon avro qazana bilər.

Üstəlik, futbolçu kluba azad agent kimi transfer olduğu üçün əlavə məbləğ əldə edəcək.