"Liverpul"la müqaviləsi başa çatan Roberto Firmino karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Offsideplus.az Fabritsio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, "Əl-Əhli" braziliyalı hücumçu ilə görüşüb. Mənbəyə görə, tərəflər arasında danışıqlar gedir.  Asiya təmsilçisi 31 yaşlı forvardın qərarını gözləyir.

Qeyd edək ki, 2015-ci ildən "Liverpulda" oynayan Firmino azad agent kimi klubdan ayrılıb.

Fəqan İbrahimli