"Çelsi"dən ayrılmağa hazırlaşan Nqolo Kante Səudiyyə Ərəbistanı təmsilçisi "Əl -İttihad"da tibbi müayinədən keçib. 

 Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib. Mənbəyə görə, fransalı yarımmüdafiəçi iki həftə öncə qarşı tərəflə anlaşıb və son olaraq da tibbi yoxlanışın son mərhələsindən keçib.

Bildirilir ki, yaxın saatlarda transfer rəsmən açıqlanacaq.

Fəqan İbrahimli