"Qarabağ" klubunun iki futbolçusu - Marko Veşoviç və Marko Yankoviç növbəti dəfə Monteneqro millisinə çağırılıblar.
Offsideplus.az xəbər verir ki, onlar 31 futbolçudan ibarət siyahıda yer alıblar
Qeyd edək ki, Monteneqro Avro-2024-ün seçmə mərhələsində iyunun 17-də səfərdə Macarıstanla qarşılaşacaq. Komanda iyunun 20-də isə Çexiya yığması ilə yoldaşlıq oyununda qüvvəsini sınayacaq.