Futbol üzrə Litva çempionatında 10-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, həmyerlimiz Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Baltiyos”la qarşılaşıb və məğlub olub – 1:2.

Azərbaycanlı hücumçu bu oyunun 90-cı dəqiqəsində meydana çıxıb və 90+4-cü dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirən qola imza atıb. Bu, onun Latviyadakı ilk qoludur.

“Yonava” 10 turdan sonra 4 xalla sonuncu pillədə qərarlaşıb.