"Dinamo" klubunun sabiq baş məşqçisi Ante Çaçiç Azərbaycan millisinin üzvü Mahir Emrelidən danışıb.
Offsideplus.az xəbər verir ki, 70 yaşlı mütəxəssis hazırkı baş məşqçi İqor Bişçan kimi gənclərə az şans verdiyi üçün tənqid olunur. O, Xorvatiya mətbuatına müsahibəsində gənclərə şans verməməsi barədə bu açıqlamanı verib:
"Bir çox gənc futbolçuya çətin anlar yaşatdım. Bəzi futbolçuları bilərəkdən heyətə daxil etmədim. Məsələn, indi Mahir Emrelinin mövsümün yarısını Türkiyədə oynaması daha yaxşıdır. Görək, Avropada "Dinamo" üçün oynaya bilir, ya yox. Burda ehtiyatda oturmaqlarındansa, icarə əsasında başqa kluba getmələri daha yaxşıdır. İyun ayında komandaya dönməsi gərəkən futbolçular barədə qərar veriləcək".
Qeyd edək ki, Mahir Emrelinin "Konyaspor"la müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır.