Almaniya 3-cü Bundesliqasında 34-cü turun oyunları keçirilib.

 Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" öz meydanında "Viktoria Köln" ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. 

33 yaşlı yarımmüdafiəçi bu matçda iştirak edib. O, 67-ci dəqiqədə meydana çıxıb və komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. (82-ci dəq - pen)

Qeyd edək ki,  "Ersgebirge" 43 xalla 20 kollektiv arasında 11-ci pillədə yer alıb.