Futbol üzrə Almaniya 3-cü liqasında 33-cü turun oyunları keçirilib.

Offsideplus.az  xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən komanda səfərdə “Elversberg”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyunda minimal hesabla qalib gəlib.

Nazarov bu matçın iştirakçısı olmayıb. Onun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Qeyd edək ki, “Ersgebirge” hazırda 42 xalla 20 kollektiv arasında 11-ci pillədə yer alıb.