Azərbaycanlı futbolçu Nurlan Novruzov karyerasını Litvada davam etdirəcək. 

Offsideplus.az xəbər verir ki, 30 yaşlı hücumçu "Yonava" komandası ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məluumat yayıb. 

Qeyd edək ki, Nurlan Novruzov "Bakı", "Zirə", "Sumqayıt", "Səbail", Nepalın "Maçindra", "Lalitpur", Estoniyanın "Narva-Trans", Moldovanın "Dinamo-Avto", Türkiyənin "Şanlıurfa", "Dersim" kimi klublarının formasını geyinib.