FIFA referisi Əliyar Ağayev yeni təyinat alıb.

Offsideplus.az xəbər verir ki, azərbaycanlı hakim Yunanıstan kubokunun yarımfinalı üzrə “Olimpiakos” – AEK Athens qarşılaşmasını idarə edəcək. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. VAR hakimi isə Elçin Məsiyev olacaq.

Qeyd edək ki, matç aprelin 12-də baş tutacaq.