Futbol üzrə Almaniya 3-cü Bundesliqasında 31-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, yığmamızın üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ersgebirge" səfərdə "Halleşer"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. 31 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 31 turdan sonra 39 xal toplayan "Ersgebirge" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.