Niderland birinci divizionunda 31-ci turun oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, əsas milli komandamızın yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Maastrixt”lə qarşılaşıb və meydanı məğlubiyyətlə tərk edib - 2:3.

Ozan Can Kökçü də bu görüşün iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb. Komandasının yeganə qolunu da 85-ci dəqiqədə milli üzvü vurub.

“Eyndhoven” hazırda 47 xalla 20 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.