Şotlandiyanın "Reyncers" klubunun bir azarkeşi "Seltik"in fizioterapevti Daniel Frielə butulka atdığı üçün bir 1 həbs cəzasına məhkum olunub.

Offsideplus.az xəbər verir ki, keçən il aprelin 3-də komandalar arasında keçirilən oyunda fanat Danielin başına butulka atıb. Frielin başına 4 tikiş vurulub.

Məhkəmə fanatı bir il müddətinə azadlıqdan məhrum edib və 5 il müddətinə futbol matçlarına getməyi qadağan edib.