Avstriya yığmasının hücumçusu Marko Arnautoviç Avro-2024-ün seçmə mərhələsində Azərbaycan yığması ilə oyun ərəfəsində sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, “Bolonya”nın futbolçusu A seriyaslnln son turunda “Salernitana” ilə matçın (2:2) 65-ci dəqiqəsində meydana daxil olub və cəmi 16 dəqiqə sonra zədələnərək əvəzlənib.
Bir müddətdir zədə səbəbindən meydana çıxa bilməyən 34 yaşlı futbolçu zədəsini yeniləyib. O, Avstriya millisinə çağırılsa da, Azərbaycan və Estoniya ilə oyunlarda iştirakı sual altına düşüb.
Xatırladaq ki, Avstriya millisi martın 24-də Azərbaycan, martın 27-də isə Estoniya yığmasını qəbul edəcək.