Səudiyyə Ərəbistanı çempionatında 21-ci turun oyunları çərçivəsində keçirilən "Əl Nəsr - "Əbha" (2:1) oyunundan sonra meydan sahiblərinin hücumçusu Kriştiano Ronaldo paylaşım edib.

Offsideplus.az xəbər verir ki, 38 yaşlı portuqaliyalı ulduz futbolçu 78-ci dəqiqəsində cərimə zərbəsindən fərqlənərək hesabı bərabərləşdirib.

"Qələbə qazanmaq çox gözəldir və mən çox şadam ki, burada, stadionumuzda azarkeşlərimizin önündə qol vurdum!" – deyə, forvard tvitter hesabında yazıb.