Yığmamızın üzvü Dmitri Nazarov Almaniyanın “Erzgebirge” klubu ilə yeni müqavilə imzalayacaq.

Offsideplus.az xəbər verir ki, bunu 3-cü Bundesliqa təmsilçisinin idman direktoru Mattias Heydrix deyib.

O, 33 yaşlı yarımmüdafiəçi ilə yanaşı, Antonio Jonjiçlə də sözləşməni uzatmaq istədiklərini bildirib. 

Qeyd edək ki, 2016-cı ildən “Erzgebirge”də çıxış edən Dmitri Nazarovun Aue təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdir.