Səudiyyə Ərəbistanı Superkubokunda yarımfinalında "Əl-Nəsr" "Əl-İttihad"la qarşılaşıb.
Offsideplus.az xəbər verir ki, Görüş "Əl-İttihad"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb və "Əl-Nəsr" mübarizəni dayandırıb. Matçda "Əl-İttihad"ın qollarını Romarinyo (15-ci dəqiqə), Hamdallah (43-cü dəqiqə), Şanqeti (90+1) vurub. Onlar həlledici oyunda "Əl-Feyha" ilə qarşılaşacaqlar.
Portuqaliyalı ulduz Kriştiano Ronaldo meydana start heyətdə daxil olub və 90 dəqiqə meydanda olub. "Əl-Nəsr"in yeganə qoluna Taliska (67-ci dəqiqə) imza atıb.