Almaniya 3-cü liqasında 19-cu turun oyunları keçirilib.

Offsideplus.az xəbər verir ki, yığmamızın yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Bayroyt”la qarşılaşıb və bu oyundan qəbələ ilə ayrılıb - 4:0.

Dmitri Nazarov da bu matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 77-ci dəqiqədə əvəzlənib. Komandasının sonuncu qolunu da Nazarov vurub. O, 45+1-ci dəqiqədə sarı vərəqə alıb, 76-cı dəqiqədə isə matçda son nöqtəni qoyub.