Futbol üzrə İspaniya Kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, bu mərhələdə Madridin “Real” və “Atletiko” klubları bir-birinə rəqib olub. "Sevilya" "Osasuna"nın, "Atletik" "Valensiya"nın, "Real Sosyedad" isə "Barselona"nın qonağı olacaq.

Bir oyundan ibarət bu mərhələnin matçları 24-26 yanvar tarixlərində keçiriləcək.