Bu il Mərakeşdə keçiriləcək Klublararası Dünya Çempionatının (KDÇ) peşkatma mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, 7 komandanın ilk iki mərhələdəki rəqibləri müəyyənləşib.

Turnir fevralın 1-11-i aralığında təşkil ediləcək. İlkin mərhələdə “Əl-Əhli” (Misir, Afrika) ilə “Oklend Siti” (Yeni Zelandiya, Okeaniya) qarşılaşacaq. Bu oyunun qalibi növbəti mərhələdə “Sietl Saunders”ə (ABŞ, Şimali və Mərkəzi Amerika) rəqib olacaq. İkinci mərhələdə “Vidad” (Mərakeş, Afrika) – “Əl-Hilal” (Səudiyyə Ərəbistanı, Asiya) matçı da keçiriləcək. Bu oyunların qalibləri yarımfinalda uyğun olaraq “Real” (İspaniya, Avropa) və “Flamenqo” (Braziliya, Cənubi Amerika) ilə qarşılaşacaq.