Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Ersgebirge” (Almaniya) yoxlama oyunu keçirib.
Offsideplus.az xəbər verir ki, 3-cü Bundesliqa təmsilçisi Almaniyanın digər klubu “Nürnberq”lə üz-üzə gəlib.
Yığmamızın yarımmüdafiəçisinin komandası bu oyundan (3:3) heç-heçə ilə ayrılıb.
Nazarov da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana daxil olub. Matçda son nöqtəni də Dmitri qoyub. Millimizin üzvünün 85-ci dəqiqədə vurduğu qol komandasını məğlubiyyətdən xilas edib.