Qış fasiləsindən səmərəli istifadə edən "Füzuli" FK ilk transferini reallaşdırıb. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, komanda, Lənkəran futbol məktəbinin yetirməsi olan Valid Yusubovu heyətinə qatıb. 

Təcrübəli futbolçu karyerası ərzində - "Xəzər Lənkəran" (aşağı yaş qrupları), "Alyans" FK, "Liman Lənkəran", "Xan Lənkəran" və "Lerik" komandalarının şərəfini qoruyub. 

Bundan sonra Valid artıq Mərkəz Zonasının vahid lideri olan, "Füzuli" FK-nın uğurları üçün çalışacaq.