Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi  "Ersgebirge" yoxlama oyunda qüvvəsini sınayıb.

Offsideplus.az xəbər verir ki, Almaniyanın 3-cü liqa təmsilçisi yerli "Halleşer" klubu ilə üz-üzə gəlib. Görüş  "Ersgebirge" klubunun 1:0 hesablı qələbəsiylə başa çatıb. 

Nazarov da bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.