Türkiyədə Həvəskarlar Liqasında keçirilən “Akınspor”-“Çaycumaspor” oyununda bədbəxt hadisə baş verib.
Offsideplus.az xəbər verir ki, cərimə meydançasına edilən ötürməni uzaqlaşdırmaq istəyən “Çaycumaspor”un qapıçısı rəqib komandanın hücumçusu ilə toqquşub və başından zədə aldıqdan sonra huşsuz vəziyyətdə yerə yıxılıb.
Komaya düşən qolkiper xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, futbolçunun kəllə sümüyündə çatlar, beyində daxili və xarici qanaxma olub.
Qeyd edək ki, hazırda qapıçının vəziyyətinin ağır olduğu bildirilir.