Şimali Makedoniya yığma komandasının müdafiəçisi Ezcan Alioski Finlandiya və Azərbaycan seçmələrinə qarşı keçirəcəkləri yoxlama matçları ilə bağlı fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Türkiyənin “Fənərbağça” klubunda çıxış edən 30 yaşlı futbolçu Şimali Makedoniya Futbol Federasiyasının rəsmi saytına müsahibəsində bunları deyib:

“Yoldaşlıq görüşləri olsa da, qələbə qazanmağa çalışacağıq. Bu qarşılaşmaları yüksək səviyyədə keçirmək istəyirik. Özümüzə inanmalıyıq. Bu iki qarşılaşma üçün millinin düşərgəsinə gələn futbolçulara hörmət etmək lazımdır. Çünki klubda keçirdiyimiz çox sayda oyunlardan sonra bu formada qalmaq asan deyil”.

Qeyd edək ki, Şimali Makedoniya seçməsi noyabrın 17-də Finlandiya, 3 gün sonra isə Azərbaycanla millisiylə üz-üzə gələcək.