Futbol üzrə Almaniya 3-cü liqasında 11-cu turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge” səfərdə "Oldenburq"la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

Nazarov da bu matçda iştirak edib. O, start heyətdə meydana çıxıb və 87-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Erzebirge” 9 xalla 20 komanda arasında 16-cı pillədə qərarlaşıb. Siyahıya 25 xalla "Elversberq" başçılıq edir.