Frank Riberi futbolçu karyerasını başa vurmaq qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı futbolçu çıxış etdiyi İtaliyanın "Salernitana" klubu ilə müqaviləsinə xitam verib, karyerasını sonlandıracaq.

Qeyd edək ki, Riberinin "Salernitana" klubu ilə müqaviləsinin müddəti 2023-cü ilin yayına kimidir. O, 22 illik karyerası boyunca "Qalatasaray", "Marsel", "Bavariya", "Fiorentina" kimi klubların şərəfini qoruyub.