"Legiya" (Polşa) komandasının hüquqi və inzibati işlər üzrə direktoru Yakub Laskovski Mahir Emrelinin maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün diskvalifikasiya olunduğu barədə məlumat yayıb.

Offsideplus.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, adıçəkilən vəkil “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun İdman Arbitraj Məhkəməsindəki işində 3 hakimdən biri olub. Bu barədə vəkil Fərid Haqverdiyev paylaşım edib. 

O, bildirib ki, Emreli 25 min avronu gecikdirdiyinə görə hazırkı vəziyyətə düşüb: “Yakub Laskovski Nurlan İbrahimovun məhkəməsində 3 əsas hakimdən biri idi. Cəzanı qüvvədə saxlayan da onlar oldu. Mahirin 100 min avro probleminə gəlincə, o, “Legiya”dan “Dinamo”ya keçərkən (Zaqreb) bu transferə görə 800 min avro pul ödənilməli idi. 700 min birdəfəlik, qalan 100 min 4 dəfə olmaqla 25 min avro şəklində qarşı tərəfə verilməli idi. Müqavilədə də bununla bağlı bənd yer alıb. Lakin Emreli həmin pulu gecikdirdiyinə görə hazırkı vəziyyətə düşüb”.