İspaniya yığma komandası 19 ildən sonra öz meydanında rəsmi oyunda uduzub.

Offsideplus.az xəbər verir ki, Luis Enrikeninin komandası Millətlər Liqasının 5-ci turunun İsveçrə ilə görüş 1:2 hesabı ilə məğlub olub.

Bununla da İspaniya yığması 56-cı ev qarşılaşmasında uduzub.

İspanlar daha əvvəl 2003-cü ildə AÇ-2004-ün seçmə mərhələsində Yunanıstana doğma meydanda 0:1 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, İspaniya millisi sonuncu turda sentyabrın 27-də Portuqaliyanın qonağı olacaq.