Şimali İrlandiya millisinin futbolçusu Kayl Lafferti yığmadan kənarlaşdırılıb.
Offsideplus.az xəbər verir ki, hücumçu UEFA Millətlər Liqasının Kosova və Yunanıstanla görüşlərini buraxacaq.
Belə addım “Kilmarnok”un araşdırmalara başlamasından sonra atılıb. Klub rəhbərliyi Laffertinin fanatlardan biri ilə sektant xarakterli danışığını araşdırırır.