İbrahim Vadjini 1,6 milyon avro qarşılığında "Qarabağ"dan transfer edən "Sent-Etyen" (Fransa) klubu onun qiymətini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, Liqa 2-də mübarizə aparan klub seneqallı hücumçuya 11 milyon avro qiymət qoyub.

Fransa təmsilçisi Liqa 1-ə vəsiqə qazanacaqları təqdirdə, afrikalı legionerin dəyərinin daha da artacağını proqnozlaşdırır.

Qeyd edək ki, komanda 9 tur ərzində cəmi 7 xal toplayıb və turnir cədvəlinin təhlükəli zonasında – 18-ci pillədə qərarlaşıb.