"Olimpiakos" yeni transferi Marselonu dünən azarkeşlərə təqdim edib. 

Offsideplus.az xəbər verir ki, Yunanısta təmsilçisi ilə 1+1 illik müqavilə bağlayan braziliyalı ulduz təqdimetmə mərasimində azarkeşlərə minnətdarlığını bildirib:

"Təşəkkür edirəm. Çox xoşbəxtəm və məmnun qaldım. Ailəm də burda olmaqdan məmnundur. Ümid edirəm ki, komandaya bacardığım qədər kömək edəcəm. İrəli, "Olimpiakos"!"

Qeyd edək ki, "Olimpiakos" "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.