"Tottenhem"in keçmiş futbolçusu Yan Vertongen klubunu dəyişib.

Offsideplus.az xəbər verir ki, 35 yaşlı müdafiəçi "Benfika"dan (Portuqaliya) "Anderlext"ə (Belçika) keçib. Onunla 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Vertonqen keçirdiyi matçların sayına görə Belçika millisinin rekordçusudur. O, yığma ilə 139 görüşdə iştirak edib. Yan 2012-2020-ci illərdə "Tottenhem"in formasını geyinib.